“Readmissiya prosesi koronavirusa görə dayandırılıb” – Vüsal Hüseynov

45

“Pandemiya tədbirləri çərçivəsində readmissiya prosesi dayandırılıb”.

Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlər” mövzusunda keçirdiyi onlayn mətbuat konfransında deyib.

“Bu proses sərhədlər bağlanan gündən bu məqsədlə Azərbaycana geri qaytarılma həyata keçirilməyib. Pandemiya dövründə Dövlət Miqrasiya Xidməti fasiləsiz fəaliyyət göstərilib”, – V.Hüseynov bildirib./report/