Ərdoğanla Tramp nədən danışıblar?

21

Hurriyyet.org xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olduğu bildirilir. Prezdentlər Liviya və İdlib məsələlərini müzakirə ediblər. Açıqlamada deyilir: “İki lider Liviyada xarici müdaxilənin aradan qaldırılması və atəşkəsin davam etdirilməsinin vacibliyi məsələsini müzakirə ediblər.  Liderlər həmçinin, İdlibdə davam edən zorakılığın dayandırılmasının lazım olduğu məsələsində də həmrəy olublar”.

Açıqlamada Trampın “Türkiyə ilə Yunanıstanın Aralıq dənizi ilə bağlı anlaşılmazlıqlarının həll etmələrinin mühümlüyü” də vurğulanıb.  

Hurriyyet.org