Ərdoğanın yeni prezident kimi ilk səfəri Şimali Kiprə və Azərbaycana olacaq

    18

    Rəcəb Tayyib Ərdoğanın prezident idarə üsuluna keçmiş Türkiyənin ilk prezidenti kimi birinci rəsmi səfəri Şimali Kiprə və Azərbaycana olacaq.

    Hurriyyet.org bidlirir ki, bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

    Bildirilir ki, Türkiyə Prezidentinin Şimali Kiprə və Azərbaycana səfəri iyulda planlaşdırılan inauqurasiyadan sonra baş tutacaq.

    R.T.Ərdoğanın inauqurasiya mərasiminin dəqiq tarixi barədə hələ məlumat verilmir.

    Qeyd edək ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyasından olan Məhərrəm İncə isə səslərin 30,7 faizini toplayıb.