Ərdoğanın namizədliyi rəsmi olaraq irəli sürüldü

    6

    Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyası aprelin 24-də keçiriləcək prezident seçkilərində hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini rəsmi olaraq irəli sürüb.

    Hurriyyet.org xəbər verir ki, bu barədə hakim partiyanın bu gün yaydığı bəyanatda qeyd olunur.

    Məlumatda o da qeyd olunur ki, hazırkı prezident R.T.Ərdoğan, eləcə də müxalifətin – Milli Hərəkat Partiyasının namizədidir.

    Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq./trend/