Ərdoğanın Azərbaycana səfər tarixi bəlli oldu

    12

    İyulun 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər edəcəyi gözlənilir.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Ərdoğanın iyul ayı ərzində planlaşdırılan səfər təqviminə əsasən, belə məlumat yayılıb. Belə ki, iyunun 24-də yenidən prezident seçilən Ərdoğanın iyulun 8-də and içəcəyi ilə bağlı hazırlıqlar aparılır.

    İyulun 9-da isə Ərdoğan AKP-nin iclasını keçirəcək. İyulun 11-12-də isə onun Brüsseldə NATO zirvəsində iştirak edəcəyi nəzərdə tutulur.

    Ondan əvvəl isə iyulun 10-da Ərdoğanın Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəyi bildirilir. Ərdoğan seçkidən əvvəl “Söz verirəm, seçkidən sonra ilk xarici səfərimi Azərbaycana edəcəm” açıqlamasını vermişdi. Onun sözünü tutaraq Şimali Kiprə səfər etdiyi gün, iyulun 10-da Azərbaycana gələcəyi gözlənilir.