Ərdoğandan sonra Kremldən dördtərəfli görüş açıqlaması

6

Hurriyyet.org xəbər verir ki, Rusiyadan verilən açıqlamada hazırda İdlib məsələsi ilə bağlı, Fransa, Almaniya və Türkiyə ilə birlikdə dördtərfli görüş keçirilməsinə hazırlıq görülmədiyi bildirilib.

Kremlin mətbuat katibi Dmitri Peskov Suriya məsələsi ilə bağlı Rusiya, Türkiyə və İran liderlərinin üçtərəfli görüşünü təşkil eləmək niyyətində olduqlarını bildirib.

O, 5 mart tarixində görüşün keçirilib-keçirilməyəcəyi sualının cavabında Ərdoğanla Putinin ikitərəfli görüşünün planlaşdırılmadığını, lakin İranla birlikdə üçtərəfli görüşə hazırlaşdıqlarını bildirib.

O, İdlib danışıqlarında Fransa və Almaniyanın yox, İranın iştirak edəcəyi bir format planlaşdırdıqlarını söyləyib.

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti R.T.Ərdoğan bugünkü açıqlamasında demişdi: “Sabah heyət gələcək. Makron, Merkel və Putin arasında tam ittifaqdan söhbət gedə bilməz. Cənab Putin ilə müəyyənləşdirmişik, ən geci 5 mart tarixində görüşməliyik. Telefon danışığından irəli gedib, üz-üzə görüşməliyik”. 

Hurriyyet.org