Ərdoğan yeni strateji layihədən danışdı: “Gəmilərin hərəkəti üçün İstanbul kanalı tikiləcək”

    6

    Gəmilərin hərəkəti üçün nəzərdə tutulan İstanbul kanalının tikintisi strateji layihədir.

    Hurriyyet.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

    Dövlət başçısı qeyd edib ki, bu, oxşar layihələrlə uğurla rəqabət aparacaq mühüm gəmiçilik layihələrindən biridir:

    “Türkiyə əvvəllər olduğu kimi, gələcəkdə də dünya əhəmiyyətli layihələr həyata keçirəcək”.

    R.T.Ərdoğan bildirib ki, hakim Ədalət və İnkişaf Partiyası İstanbulun, həmçinin Türkiyənin bütün iri şəhərlərinin inkişafına xüsusi diqqət ayırır./trend/