Ərdoğan sabah ELAN EDƏCƏK: Türkiyə ordusu irimiqyaslı hücuma hazırlaşır?

30

Sabah keçiriləcək Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının həftəlik toplantısı zamanı prezident Rəcəb Tayyib Ərdoğan “İdlib planı”nı açıqlayacaq.

Bu barədə dövlət başçısının özü açıqlama verib. O bildirib ki, Suriya ordusunun hücumu nəticəsində İdlibdə həlak olan türkiyəli hərbçilərin qisası alınır və alınacaq. Ərdoğanın sözlərinə görə, açıqlanacaq plan İdlibdə atılacaq hərbi və humanitar addımları əhatə edir.

Qeyd edək ki, Suriya ordusunun İdlibdə yerləşən müşahidə məntəqələrinə hücumları nəticəsində ümumilikdə 12 türkiyəli hərbçi həlak olub. Cavab hücumları nəticəsində 200-ə qədər suriyalı əsgər zərərsizləşdirilib. Türkiyə bölgəyə çox sayda zirehli texnika və canlı qüvvə cəlb edib.

Türkiyənin müxtəlif dairələri ölkə rəhbərliyinə Suriya ordusuna şiddətli cavab verilməsi üçün çağırışlar edir. \\Publika