Ərdoğan Putinlə üz-üzə görüşəcək

    21

    Hurriyyet.org xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında aparılmış telefon söhbəti zamanı iki dövlət başçısının ən yaxın zamanda üzbəüz görüş keçirməyi planlaşdırdıqlarını bildirib.

    Türkiyə prezidenti Ərdoğanın bu gün ABŞ prezidenti D.Tramp, Fransa prezidenti E.Makron, Almaniyanın baş naziri Angela Merkel və İngiltərənin baş nazisi Boris Consonla telefon söhbəti aparması gözlənilir.

    Hurriyyet.org