Ərdoğan Koreya liderlərinin görüşü haqqında İLK DƏFƏ: “Əgər Şimali Koreya başqa ölkələrlə görüşsə…”

    9

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali və Cənubi Koreya liderlərinin görüşü ilə bağlı fikirlərini bölüşüb.

    Hurriyyet.org xəbər verir ki, Ərdoğan Cənubi Koreya lideri Mun Çje In ilə Seuldakı Prezident Sarayında görüşüb.

    Heyətlərarası görüşə liderlik edən prezidentlər mətbuat konfransına qatılıb. Konfransda Kim Çen In və Mun Çje Inın ilk dəfə görüşməsi məsələsinə toxunan Ərdoğan bu hadisənin dünya üçün böyük bir irəliləyiş olduğunu vurğulayıb: “Dünyada meydana gələn qorxuları, təhlükəni aradan qaldıran bir görüşmə olub. Ümid edirəm ki, bu qərarlılıq bundan sonra da davam edəcək. Şimali Koreya başqa ölkələrlə də görüşlər keçirərsə, çox daha yaxşı işlər görmüş olacaq. Biz də Türkiyə olaraq bu mövzuda üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq”.

    Daha sonra Ərdoğan ev sahibinə qonaqpərvərliyindən dolayı təşəkkür edib.

    Qeyd edək ki, Şimali Koreya prezidenti Kim Çen In Cənubi koreyalı həmkarı Mun Çje In ilə 27 aprel tarixində görüşmüşdü. Bu görüş Koreya yarımadası müharibəsindən sonra iki ölkə liderləri arasında baş tutan ilk görüş kimi tarixə düşüb./publika.az/