Ərdoğan “İNKUBATOR YUVASI” adlandırmışdı: BMT-nin Mahmur düşərgəsi əslində PKK-nın bazası imiş

    3

    Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğanın “inkubator yuvası” adlandırdığı və BMT-nin 1998-ci ildə qurduğu Mahmur düşərgəsi tədricən PKK terrorçularının logistik bazasına çevrilib. İran Kürd Regional İdarəsinin mərkəzi şəhəri olan Ərbilin 65 kilometrliyində yerləşən Mahmurda 12 min nəfərə yaxın adam yaşayır.

    Ərdoğan dünənki çıxışında bu düşərgədən bəhs edərək demişdi: “Türkiyəyə zaman-zaman təhdid yaradırlar. Bağdad hökuməti: “Bu işi həll edərəm” – desə, çox yaxşı olar. Lakin “həll etmərik”, desələr, Səncarı da vurarıq, Qəndili də… Hətta Mahmuru da. Bunu ilk dəfə açıqlayıram. Mahmur bir inkubator yuvasıdır. Sizcə, Qəndil haradan bəslənir? Mahmurdan. Səncar da əslində kiçik bir Qəndildir”.

    1992-ci ildən başlayaraq PKK terror təşkilatı Türkiyənin cənub-qərbindəki vətəndaşları kəndlərindən köçürməyə başlayıb. Bu dövrdə Türkiyədən İraqın şimalına köçürülən və Etruş bölgəsində yerləşənlərin 1998-ci ildə Mahmura keçməsi ilə BMT ilə o dövrün İraq hökumətinin nəzarəti altında Mahmur düşərgəsi qurulub.

    Mosula aid olan Mahmur rayonu İŞİD terror təşkilatının hücumundan sonra peşmərgənin nəzarətinə keçib.

    Türkiyə Mahmur düşərgəsinin PKK üçün mühüm əhəmiyyət kəsb elədiyini, həm hərbi, həm də logistika dəstəyi verdiyini bildirərək Mahmur düşərgəsinin bağladılmasını tələb eləsə də, bu cəhdlər nəticəsiz qalıb.

    Dinc sakinləri İŞİD-dən qorumaq bəhanəsi ilə Mahmura təsirini artıran terrorçular İŞİD qovulduqdan sonra bura tamamilə yerləşiblər. Kağız üzərində BMT Qaçqınlar Ali Komissarlığına məxsus olan düşərgə BMT-nin öz əməkdaşlarının əksəriyyətini İraqdan çıxarmasından sonra de-fakto PKK-nın əlinə keçib.

    PKK terror təşkilatının Mahmur düşərgəsində 12-18 yaşlı uşaqlara zorla hərbi təlim keçdiyi bildirilir. Düşərgədə qalan ailələr isə təzyiq altında olduqlarından əlacsız şəkildə terror təşkilatına boyun əyirlər.

    Hurriyyet.org