Ərdoğan İmamoğlunu TƏBRİK ETDİ: “Bu, milli iradənin ortaya qoyulmasıdır”

    15

    Hurriyyet.org xəbər verir ki, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan 23 iyun tarixində təkrar keçirilmiş İstanbul Böyük Şəhər Bələdiyyəsi sədri seçkilərində qələbə qazanması münasibəti ilə rəqib partiyanın namizədi Əkrəm İmamoğlunu sosial media hesabındakı paylaşmasında təbrik edib.

    Ərdoğanın təbrikində deyilir: “Nəticələrin İstanbulumuz üçün xeyirlərə vəsilə olmasını diləyirəm. Milli iradə bu gün bir daha özünü göstərmişdir. Qeyri-rəsmi nəticələrə görə, seçkilərdə qələbə çalmış Əkrəm İmamoğlunu təbrik edirəm”.

    Hurriyyet.org