Ərdoğan BMT-nin süfrəsində oturmadı! – SƏBƏB

    18

    Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclası münasibəti ilə verilən naharda iştirak eləməyib. Ərdoğan Misir prezidenti Sisi ilə eyni masa arxasında oturacağından xəbər tutduqdan sonra nahar verilən zala daxil olmayıb.

    Prezident R.T.Ərdoğan üçün ABŞ prezidenti D.Tramp, BMT-nin baş katibi Antonio Quterres, Almaniyanın baş naziri Angela Merkelin də nahar edəcəkləri masada yer ayrılmışdı. Lakin Ərdoğan Misir prezidenti Əbdül Fəttah əs Sisinin də eyni masa arxasında oturacağından xəbər tutandan sonra oraya gəlməkdən imtina edib.

    Masa arxasında Türkiyə prezidenti üçün nəzərdə tutulmuş yer boş qalıb.

    Hurriyyet.org