Ərdoğan-Putin görüşməsi davam edərkən daha bir Türkiyə əsgəri şəhid oldu

3

Suriyanın İdlib şəhərində daha bir Türkiyə əsgəri şəhid olub. 
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyada Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüşmə davam etdiyi vaxt İdlibdə bir Türkiyə əsgəri şəhid olub. Bu barədə Türkiyənin Qaziantep valiliyi məlumat yayıb.