ƏRDOĞANIN BAKI SƏFƏRİNİN PƏRDƏARXASI

3

Azərbaycan müstəqillik qazanandan sonra onu birinci tanıyan ölkə Azərbaycan olub və bu günə qədər iki qardaş ölkə arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Həminin, Türkiyə Azərbaycanın dünyadakı ən böyük dəstəkçisidir və biz bunu daima belə görmüşük.

Hazırda regionda və dünyadakı bütün hadisələrdə Türkiyə xalqı və dövləti Azərbaycan dövləti və xalqı ilə həmrəydir.

Müstəqillik qazandıqdan sonra Azərbaycan bir çox beynəlxalq tədbirin səhnəsinə çevrilib və bir çox dünya lideri paytaxt Bakıya səfər edib. Lakin heç bir dövlət başçısının səfəri mediada və ictimaiyyət arasında Türkiyə dövlət işçiləri və xüsusilə də prezident Ərdoğan kimi maraqla qarşılanmadı.

Əlbəttə, bunun bir çox səbəbi var: Türkiyənin Azərbaycanla əlaqələrinin sadəcə dövlət münasibətləri yox, eyni zamanda iki qardaş münasibəti səviyyəsində olması ən böyük səbəbdir.

Türkiyə və Azərbaycan dost deyil, çünki dost sonradan qazanılır. Türkiyə və Azərbaycan qardaşdır.

Ərdoğanı Azərbaycana bu qədər sevdirən nədir?

Şübhəsiz ki, bu sevgi prezident Ərdoğanın şəxsi xüsusiyyətlərinə və Azərbaycana olan şəxsi mövqeyinə əsaslanır.

Azərbaycanda bir atalar sözü var: “Sözünün ağası olmaq”… Bəzi siyasətçilərdən fərqli olaraq, prezident Ərdoğan da “sözünün ağası”dır.

Digər tərəfdən də Ərdoğanın islam dünyasında söz sahibi olması və Türkiyənin hər zaman məzlumların yanında olması diqqətimizdən qaçmır. Ərdoğanın “dünya beşdən böyükdür” ifadəsi də çox mühümdür və illərlə haqsızlıqla mübarizə edən Azərbaycan da bunu yaxşı anlayır.

Bu gün Türkiyə və Azərbaycan bütün sahələrdə əməkdaşlıq edirlər. Türkiyə Azərbaycanı hər bir sahədə dəstəkləyib və Azərbaycanın uğurunu öz uğuru kimi qəbul edib. Bütün bunlar qardaşlığın qədrini bilən Azərbaycan xalqının diqqətindən qaça bilməz.

Azərbaycan topraqlarının işğalına etiraz eləmək üçün Türkiyənin öz sərhədlərinin Ermənistanın üzünə bağlaması Azərbaycan xalqı üçün adi bir hadisə deyil. Türkiyənin Azərbaycanla münasibətlərinin daha sürətlə inkişaf eləməyə və güclənməyə davam edəcəyini əminliklə söyləyə bilərik.

Son səfərdə imzalanan, xüsusilə hərbi sahəyə və enerji sahəsinə aid olan razılaşmalar bəsit bir vəziyyət deyil. Hər iki ölkə öz üzərlərinə görünən və görünməyən təzyiqlərin bitməsini gözləyir. Görək nə olacaq? İnşaallah gələcək türk dünyasının və türklərindir…

Rufiz Hafizoğlu

Mənbə: jeosam.org

Tərcümə Hurriyyet.org-undur