ƏRDOĞANA QARŞI BÖYÜK İTTİFAQ – 4 müxalifət partiyası razılığa gəlib

    27

    Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası və Demokrat Partiya iyunun 24-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı ittifaq yaratmaq barədə razılığa gəliblər.

    Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, partiyalar ittifaq yaratmaqla bağlı protokolu Mərkəzi Seçki Komissiyasına mayın 6-dək təqdim edə bilərlər.

    Mayın 6-sı bunun üçün sonuncu gündür.

    Bu ittifaqlın yaranması ilə bağlı hələlik razılaşma imzalanmayıb. Birliyin prezidentliyə vahid namizəd irəli sürəcəyi bildirilib.

    Mayın 3-də dörd partiyanın liderləri ortaq mətbuat konfransı keçirəcək.

    Qeyd edək ki, bundan əvvəl hakim Ədalət və İnkişaf Partiyası ilə müxalif Milliyyətçi Hərəkat Partiyası “Cümhur ittifaqı” yaradıb.