RAYONLARDAN BAKIYA AXIN – Hərəkət dayandı, yüzlərlə maşın yolda qaldı / FOTO

78

Azərbaycanın 9 şəhər və rayonunda tətbiq edilən 54 saatlıq sərt karantin rejimi bu gün saat 06:00-da başa çatıb. Qadağaların götürülməsindən sonra iki günü bölgələrdə keçirən bəzi Bakı və Abşeron sakinləri artıq paytaxta geri qayıtmağa başlayıblar.
Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, Bakıya kütləvi şəkildə axın magistral yollarda böyük tıxacların yaranmasına səbəb olub. Nəticədə yüzlərlə avtomobil yolda qalıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyunun 14-də saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. İnsanların yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan olunub.