“Həmkarlarımdan xahiş edirəm ki, rayonlardakı bu və ya digər problemləri Milli Məclisin iclaslarına daşımasınlar”.
Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
O bildirib ki, bundan istifadə edən antimilli qüvvələr dövlətin üzərinə gəlir: “Burada o məsələlər müzakirəyə çıxarılmalıdır ki, dövlətçiliyin inkişafına töhfə məqsədi daşısın. Biz özümüz yerlərdəki problemləri aidiyyəti qurumlar qarşısında qaldıra bilərik”.