Rayona gedənlər oxusun – Bu yolda təmir var

    6

    Respublika ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax avtomobil yolunun 57 kilometrliyində yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

    Hurriyyet.org bildirir ki, Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, buna görə yolda hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılacaq.

    Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.