Rauf Talışinskinin ölümü ilə bağlı YENİ XƏBƏR

    12

    “Exo” qəzetinin baş redaktoru Rauf Talışinski Bakıdakı evində vəfat edib.

    Rauf Talışinskinin evinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski də hadisə yerindədir.

    Jurnalistin nəşi müayinə olunmaq üçün morqa aparılıb.

    Yaxınlarının bildirdiyinə görə, o, hadisə vaxtı evdə tək olub. Səhər evə gələn xadimə onun meyitini aşkarlayıb. /apa/