“RASİM MUSABƏYOV DA BABASI KİMİDİR…” – Keçmiş deputat elə məqamlara aydınlıq gətirdi ki…

651

Hörmətli redaksiya!

Babaları və əsli-nəcabəti Stepan Şaumyanla qardaş olan və onunla birlikdə Azərbaycana düşmənçilik göstərən Qəzənfər Musabəyovun nəvəsi, hazırkı deputat Rasim Musabəyovun satqın birisi olduğu hər kəsə bəlli idi.

Artıq neçənci dəfədir ki, şərəfini, ləyaqətini itirmiş deputat Türkiyənin ölkəmizdə görünməsini istəmir və mövqeyini aşkar şəkildə, özü də olduqca mənəviyyatsız yanaşma ilə ortaya qoyur. Bəyan edir ki, türklər Azərbaycana gəlməməlidirlər… Niyə, ay əbləhin törəməsi!? Erməni faşistlərinin arzuları ilə üst-üstə düşən Qəzənfər Musabəyovun nəvəsi Rasim Musabəyovun türkə düşmənçiliyini görürsünüzmü!?

Günah bu yaramazda deyil. Türk düşməninin bu dərəcədə qudurğan, həyasız fikirləri qorxu hissi keçirmədən gündəmə daşınmasının günahını onda axtarmayaq. Təqsir özümüzdədir… Beləsinin MM-də axı nə işi var?!

Bu təqdimatla bərabər, Sizə bu ilin əvvəllərində Rasim Musabəyov haqda qələmə aldığım bir yazını göndərirəm. Təkrar olsa da, elə başa düşürəm ki, yazını dərc etməniz yerinə düşərdi.

 

***

Rasim Musabəyov da babası kimidir – Keçmiş deputat elə məqamlara aydınlıq gətirdi ki…

Çox unutqan və bivec millətik. Özümüzə qənim kəsilməkdə tayımız-bərabərimiz yoxdur. Bəlkə də dünyada öz tarixinə, keçmişinə laqeyd olan ikinci belə millət tapmaq çətindir. Adam 10 ildir müstəqil dediyimiz(?) Azərbaycan parlamentinin deputatıdır, indi yadımıza düşdü ki, onun babaları kimlər olub? 1918-ci il Mart qırğınını Şəhər kommunasının sədri Şaumyanın əmri ilə həyata keçirən əsas təşkilatçılar sırasında yer alanlardan biri də bəli, Bakının hərbi komendantı Qəzənfər Musabəyov olub.

Onun kimliyini araşdırmağa ehtiyac yoxdur. Əgər milli təəssübkeşliymiz olsa idi, bu gün babası Qəzənfər Musabəyovla qürur duyan nəvə Rasim Musabəyovun Azərbaycanın Milli Məclisində təmsil olunmasına imkan verməzdik. Birinci hökumətimizin çökməsində Musabəyovlar nəslinin göstərdikləri xidmətlər danılmazdır. Dövrün gerçək hadisələrindən biri də Məmməd Əmin Rəsulzadənin yaratdığı Müsavat Partiyası ilə bağlıdır ki, üzərində dayanmağı vacib hesab edirəm. Müsavatın güclənməsi Bakı kommunasını bərk qorxuya salırdı. Ona görə də təşkilata qarşı mübarizədə Şaumyanın başlıca məqsədi Müsavatı ləğv etməkdən ibarət idi. Bu məsələdə onun yaxın silahdaşı kimi Qəzənfər Musabəyovun misilsiz xidmətləri xüsusilə qeyd olunmalıdır. İllər keçdi və gəlib çatdıq 1992-ci ilə. Bu zaman nəvə Musabəyovu İsa Qəmbərin rəhbərliyi ilə təsis edilən Müsavat Partiyasının Divan üzvülüyündə gördük və sonra da nəvə Musabəyov buradan transfer etdi hazırkı YAP hökumətinə. Maraqlıdır, deyilmi?

Yuxarıda müstəqil Azərbaycan sözünə bir sual işarəsi əlavə etmişdim. Səbəbsiz etməmişdim. Jirinovskinin neçə gün əvvəl səsləndirdiyi “Rusiya heç bir vəchlə Azərbaycan parlamentinə müxalifət partiyasının buraxılmasına yol verə bilməz” – yəni sahibi-ixtiyar bizik. Bir balaca dərindən düşünəndə adamı dəhşət bürüyür. Doğrudanmı Rusiya Azərbaycanı özünə bir avtonom diyar hesab edir? Yoxsa niyə belə desin ki!? Belə təhqiramiz bəyanatdan sonra gözləmək olardı ki, Azərbaycan hökuməti, müxalifəti, cəmiyyətimiz və ziyalılarımız tərəfindən kəskin tənqid olunacaq və Rusiya dövlətinin sözçüsü Jirinovskini siyasi işğalçı mövqedən çəkinməyə məcbur edəcəklər. Yalandan bir-iki yüngül etirazla işi bitmiş hesab etdik. Bizim ki, qalıb bir Allaha!!! Çalışacam bundan sonra müstəqil sözünü dilimə gətirməyim. Gətirəndə də müstəqil dediyimiz Azərbaycan şəklində ifadə edim.

Eldar SABİROĞLU