Xalq şairi Ramiz Rövşən ona Prezident İlham Əliyev tərəfindən ad günü münasibətilə verilən evi şəhid ailəsinə bağışlaması haqqında yayılan xəbərləri təkzib edib.
Hurriyyet.org xəbər verir ki, Sabah.az-a açıqlamasında Ramiz Rövşən şəhidlərimizə, qazilərimizə hamımızın borclu olduğunu deyib.
“Şəhid və qazi ailələrinin qeydinə qalmaq həm dövlətin, həm də hər birimizin borcudur. Amma hədiyyəni hədiyyə etməzlər”, – şair bildirib.
Şair eyni zamanda qeyd edib ki, tezliklə onun vasitəçiliyi ilə bir şəhid ailəsi mənzillə təmin olunacaq.