Ramiz Mehdiyev villasını satışa çıxardı – 2.5 milyona… – VİDEO

96
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev sahibi olduğu villalardan birini satışa çıxarıb.
“Yenisabah”ın xəbərinə görə, Mehdiyevin satmaq istədiyi dədbdəbəli mülk Göyçay rayonunun Hüngütlü kəndindədir. Villa 4 hektar ərazidə yerləşir. Hər tərəfdən 6 metr hündürlükdə hasarla əhatə olunub. Satış qiyməti 2,5 milyon manatdır. Villanın ərazisində vertolyot enmək üçün xüsusi meydança var.
Məlumata görə, villanı akademikə 2010-cu ildə sabiq nəqliyyat naziri Ziya Məmmədov hədiyyə edib. Hüngütlü kəndində Məmmədovun özünün də dəbdəbəli villasının olduğu bildirilir.
Mənbə deyib ki, Ramiz Mehdiyevin Göyçayın Yeniarx kəndində 10 hektar nar bağı da olub. Amma vəzifədən uzaqlaşdırılandan sonra həmin bağı hazırda Moskvada yaşayan məşhur iş adamı Fərhad Əhmədova satıb.
“BakuPost” xatırladır ki, ölkədə karantin rejiminin tətbiqindən sonra R.Mehdiyevin həmin villada dincəldiyi barədə məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, o, günlərini sabiq nazir Z.Məmmədov birlikdə keçirir.