RAMİN HACILI ÖLKƏDƏN QAÇARKƏN SAXLANILDI – “250 min borcum var…” 

    12

    Dövlət Sərhədi Xidmətinin (DSX) sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhə­dinin pozulmasının qarşısı alınıb.

    Hurriyyet.org xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb.

    İlkin araşdırma zamanı R. Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf edib.

    F. Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilib.

    R. Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirib.

    Saxlanılmış şəxslər barəsində Cina­yət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb.

    Xatırladaq ki, Ramin Hacılı 2005-2006-cı illərdə Dalğa Gənclər Hərəkatının təsisçilərindən biri və ilk sədri; 2007-2008-ci illərdə isə Dalğa Gənclər Hərəkatının təsis etdiyi "Demokratiya Məktəbi"nin direktoru olub. Hazırda "Demokratiya Məktəbi"nin təlimçisi, "Demokratiya Akademiyası"nın prezidentidir. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Ümid Partiyasının vəkil edilmiş şəxs kimi, 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndəsi kimi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında qeydə alınmışdır.ramin hacili gurcustana qacmaq isteyerken serhedde tutulubramin hacili gurcustana qacmaq isteyerken serhedde tutulub