Ramil Quliyev rekorda imza atdı

    6

    Türkiyə millisinin üzvü, azərbaycanlı atlet Ramil Quliyev növbəti uğuruna imza atıb.

    Hurriyyet.org xəbər verir ki, atlet Finlandiyada keçirilən Paavo Nurmi Oyunlarında 200 metr məsafəyə qaçışda yarışın qalibi olub.

    28 yaşlı idmançı 20.23 saniyə ilə bütün rəqiblərini geridə qoyub və Paavo Nurmi Oyunlarının rekorduna imza atıb.

    Onun növbəti sınaağı iyunun 7-də Norveçin Oslo şəhərində baş tutacaq. Atlet Brilliant Liqa yarışında 200 metr məsafəyə qaçışda çıxış edəcək.