Ləmbəranski həbsdə olan MTN generalı ilə qohumdur? – RƏSMİ AÇIQLAMA

    6

    Ramil Qədimov və Vüqar Hüseynov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. İ. Ləmbəranskinin Pirallahı rayon prokuroru vəzifəsinə təyin olunması ilə əlaqədar cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin digər əməkdaşına tapşırılıb. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi vəzifəsində işləmiş Elçin Quliyevin İbrahim Ləmbəranski ilə qohum olması barədə KİV-lərdə yayılmış informasiyalar həqiqəti əks etdirmir“.