Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı – FOTO

    6

    Sabah Ramazan ayının üçüncü günüdür.

    HURRİYYET.ORG-un məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 19-da Bakıda imsak saat 03:38, iftar isə saat 20:09-dadır.

    Ramazan ayının 3-cü gününün duası:

    "Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin".

    Tərcüməsi:

    "İlahi, bu ayda mənə güclü ağıl və ayıq-sayıqlıq ver, pis şeylərdən və qafillikdən uzaq et. Ey Səxavətlilərin Səxavətlisi, Öz səxavətin xatirinə bu ayda nazil etdiyin hər xeyirdən mənim də nəsibimi ver".

    Allah orucunuzu qəbul etsin!