Ramazanın 14-cü günü: dua, imsak və iftar vaxtı

132

Sabah Ramazan ayının 14-cü günüdür.

Hurriyyet.org-un məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 8-də Bakıda imsak saat 03:49, iftar isə saat 19:58-dadır.

Ramazan ayının 14-cü gününün duası:

“Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin”.

Tərcüməsi:

“İlahi, bu ayda səhvlərimi mənə irad tutma, məni səhvlərdən və büdrəmələrdən qoru, bəla və dərdlərə düçar etmə, and verirəm izzətinə, ey müsəlmanların İzzəti və Şərəfi olan Allah!”