Ramazan Kadırov məşhur türk serialının çəkilişində – VİDEO

    18

    Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Türkiyənin TRT kanalında yayımlanan məşhur “Diriliş Ərtoğrul” serialının çəkiliş meydançasına gedib.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, prezident serialda rol alan aktyorları ölkəsinə dəvət edib.

    Bu barədə prezidentin özü sosial şəbəkəsi vasitəsilə açıqlama verib:

    “Serialın prodüseri Mehmet Bozdağ ilə əməkdaşlıq barədə danışdıq. Serialın növbəti bölümlərində çeçen musiqilərindən istifadə etmək istədiyini bildirdi. Onları Çeçenistana dəvət etdim. Yazda gələcəklərinə söz verdilər”.

    Kadırov, həmçinin, aktyorlara üzərində hər birinin adı yazılan saat, serialda “Hayme ana” obrazını canlandıran Hülya Darcana isə “Nenan Ciy” (Analıq şanı) medalı verib.