RAKKADA ÇİRKİN 24 İYUN PLANI – GİZLİ TOPLANTIDA TAPŞIRIQLAR VERİLDİ

    9

    ABŞ-Fransa-Qəndil arasında Türkiyədəki seçkilərə qarşı ittifaq yaranıb

    Hurriyyet.org xəbər verir ki, aprelin 29-da Suriyanın PKK/PYD tərəfindən işğal edilmiş Rakka şəhərində ABŞ, Fransa və Qəndildən gələn PKK nümayəndələri iyunun 24-də Türkiyədə keçiriləcək seçkilərə qarşı birgə fəaliyyət göstərmək üçün eyni masa ətrafında toplaşıblar. Həmin iclasda PKK-ya marginal sol təşkilatlarla birləşib aktlar keçirilməsi təlimatı verilib.

    Türkiyəyə hücum edən qlobal qüvvələrin Rakkada, gizli bir “seçki xaosu” iclası keçirdikləri bəlli olub. Prezident Ərdoğanın erkən seçkilər keçirmək qərarını açıqladığı 18 aprel tarixindən 10 gün sonra 29 aprel tarixində amerikalı və fransalı zabitlər layihə terror təşkilatı olan PKK-nın Qəndildən gələn “rəhbər” şəxslərlə görüşüblər.

    “Canlı bomba” terroru törətmək təlimatı

    Türkiyənin kəşfiyyat təşkilatının aşkara çıxardığı qaranlıq iclasın gündəm mövzusu Türkiyədə 24 iyun tarixində keçiriləcək seçkilərdən əvvəl terror aktları həyata keçirmək olub. ABŞ və Fransa zabitləri PKK-ya marginal sol təşkilatlarla birləşib birlikdə Gəzi və Ədalət yürüşü tərzində nümayişlər keçirmək, Ankara və Suriya ilə həmsərhəd rayonlarda isə canlı bomba terrorları törətmək tapşırığı veriblər.

    Hurriyyet.org