“Raboçi təzyiq” anlayışı yoxdur – Malışeva

54

Təzyiqlə bağlı bir çox miflər mövcuddur. Ən təhlükəli belə miflərdən biri “raboçi” təzyiqlə bağlı olan mifdir.

Bir çox insanların fikrinə görə, əgər normadan yüksək təzyiq zamanı insan özünü yaxşı hiss edirsə, bu onun “raboçi” təzyiqi sayıla bilər. Lakin bu çox təhlükəli yanılmadır.

Tanınmış rusiyalı aparıcı və həkim-kardioloq Yelena Malışeva bildirib ki, tibdə “raboçi təzyiq” kimi anlayış yoxdur. Tibdə normal və normal olmayan təzyiq var.

130 mm c.st. qədər olan təzyiq normal sayılır. Təzyiq daim bu göstəricidən yüksəkdirsə, həkimə müraciət etmək lazımdır.

Həkim bildirib ki, təzyiq 150 mm c.st yuxarı qalxırsa mütləq təzyiqi salan dərmanları qəbul etmək lazımdır. Bu dərmanlar hər gün, fasiləsiz qəbul edilir. Ona görə ki, bu dərmanlar hipertoniyanı müalicə etmir, yalnız təzyiqi salır.

Təzyiqi normada saxlamaq həyati vacib məsələdir. Təzyiq daim yüksəkdirsə, bu ürək, böyrəklər, gözlər və s. orqan və sistemlərdə ağır geriyədönməz pozulmalara gətirib çıxardır, insult, infarktın riskini kəskin artırır. \\Saglamolun