Ərdoğan “Fərat qalxanı”nın əsas hədəflərini açıqladı

    12

    R. T. Ərdoğan ötən gün baş nazirin müavini Numan Kurtulmuşun Əl-Babın alınmasından sonra “Fərat qalxanı” əməliyyatının başa çatacağı barədə söylədiklərini də təkzib edib: “İŞİD-in əsas mərkəzi Əl-Bab deyil, Rakkadır. Digər tərəfdən, terror təşkilatı PYD/YPG-nin də həmin bölgələrdən çıxarılması vacibdir. “Fərat qalxanı” əməliyyatı son məqsədə çatana qədər davam edəcək. Bizim niyyətimiz bölgə terrorçulardan təmizləndikdən sonra ordumuzun orada qalması deyil. Ancaq bu məsələyə də həmin günün şərtlərində baxacağıq”.