Rəsul Quliyev: “Azərbaycan xalqı yumruq kimi birləşib”

672

“Bu gün keçirilən Zəfər bayramı və Qələbə paradı Azərbaycanın növbəti qızıl hərifli səhifəsidir”.

Bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev bildirib ki, koronavirusun tüğyan etməsinə baxmayaraq, bu gün xalqın yeni danışmağa başlayan 3 yaşlı uşağından, 100 yaşlı qocasına qədər hamı küçələrə axışaraq qəhrəman əsgərlərinə baxmaq istəyirdi: “Şəhid ailələrindən tutmuş yaralı qazilərin ailələrinə qədər, ümumiyyətlə, bütün Azərbaycan xalqı yumruq kimi birləşib, başda Prezident olmaqla Orduya sonsuz məhəbbət və minnətdarlığını bildirir… Əminəm ki, heç vaxt, heç bir ölkədə bu səviyyədə milli birlik olmamışdı. Bu gün Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın komandası ilə Bakıya gəlməsi və onun önəmli çıxışları xalqımızın yaddaşında əbədi qalacaq. Prezident Əliyevin 5-lik+1 (Ermənistan) iş birliyi platformasının (Azərbayvan, İran, Gürcüstan, Rusiya, Türkiyə)yaradılması təklifi çox mühüm və vacib təklifdir. Türkiyə prezidenti bu təklifin mühümlüyünü qeyd etməklə yanaşı, bu platformanın yaradılmasında aktiv iştirak edəcəyini bildirdi”. \\Pravda.az