Rəsmi Tehran Birləşmiş Ərəb Əmirliklərini hədələdi

69

İran dövlətinin Xarici İşlər Nazirliyi İsrail ilə diplomatik münasibətlər qurmağa qərar verən Birləşmiş Ərəb Əmilriklərini qınayaraq, onun hərəkətini “strateji axmaqlığın nümunəsi” adlandırıb.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, rəsmi Tehran BƏƏ-nin bu addımı ilə regional cəbhəni gücləndirəcəyini bildirib.

“Şübhəsiz bu bölgədə şər oxunu güclənməsinə gətirib çıxaracaq. Tarix özü fələstinlilərə qarşı sionist rejimin strateji xətasını, Birləşmiş Əmirliklərin bu xainliyinin nə ilə nəticələnəcəyini göstərəcək,”-deyə bəyanatda bildirilir.

İran Xarici İşlər Nazirliyi əzilən Fələstin xalqının, habelə azadlığa can atan dünya xalqlarıının “işğalçı rejim və onun törətdikləri vəhşiliklərlə” bu cür barışma aktlarını bağışlamayacağını qeyd edib.

Sənəddə İsrailin İran körfəzi bölgəsinə istənilən müdaxiləsinin qarşısının alınmacağına dair xəbərdarlıq da yer alıb və BƏƏ-nin bundan sonra bütün nəticələrdən dolayı məsuliyyət daşıyacağıı vurğulanıb.