Rəmişin həyat yoldaşı Minadan üzr istədi, Mina isə onu “ƏLƏ SALDI” – VİDEO

38
Müğənni Mina Hüseyn ARB TV-də yayımlanan “Xəbər Ətər” verilişinin qonağı olub.

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü canlı efirə zəng edərək Minanı sərt tənqid edib.

Həmin dialoqu təqdim edirik.

“Elə oturmaq olmaz. Bütün altın-üstün görünür. Mən sənin şəklini çəkmişəm. Körpələr baxır, kişilər baxır. Qadın qadın kimi oturmalıdır. Şövkət ƏləkbərovaSara QədimovaRübabə Muradovamız olub.Hamının da sinəsi, qolu bağlı olub”.

Minanın Güllüyə cavabı gecikməyib. Müğənni sərt şəkildə “Sara Qədimovanın dövrü getdi, əziz xanım!. Biz 21-ci əsrdə yaşayırıq. Bəlkə ayaq üstə durum,heç oturmayım”.deyərək Güllünü ələ salıb.

Bu sözləri eşidən Güllü “Ola bilər aqressiv danışdım. Bağışlayın üzr istəyirəm” deyərək telefon xəttindən ayrılıb.

Xatırladaq ki, Güllüdən öncə efirə zəng edən əməkdar artist Zöhrə Abdullayeva da, Minanı sərt tənqid edib. \\Big.az