”QUTSAL VƏTƏN MÜHARİBƏSİNDƏ YER ALMAĞIMIZA ŞƏRAİT YARATMAĞINIZI XAHİŞ EDİRİK” – Güneyli soydaşlarımızdan Azərbaycan Prezidentinə müraciət

219

Güney Azərbaycanın bir qrup milli fəal tərəfindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevə müraciət olunub. Hurriyyet.org həmin müraciəti olduğu kimi dərc edir:

”Cənab Ali Baş komandan!

30 ilə yaxındır erməni işğalı altında olan torpaqlarımızın yağı düşmən tapdağından qurtarılması uğrunda komandanlıq etdiyiniz qutsal VƏTƏN müharibəsi artıq ikinci ayına daxil olmuşdur. Ötən bir ay ərzində şanlı ordumuzun əldə etdiyi zəfərlər, sadəcə Azərbaycan vətəndaşlarının deyil, həm də Güney Azərbaycanda və Azərbaycan hüdudlarından kənarda yaşayan 50 milyondan artıq soydaşımızın köksünü qabartmışdır.

Ötən bir ayda qəhrəman ordumuzun döyüş səhnəsində göstərdiyi rəşadət, şücaət və yüksək döyüş qabiliyyəti ilə yanaşı, şanlı ordumuzu və uca millətimizi təmsilən SİZİN Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi sərgilədiyiniz yüksək iradə, qərarlılıq və böyük liderlik örnəyi 50 milyondan artıq Azərbaycan türkünün tək yumruq olaraq Azərbaycan dövləti ətrafında birləşməsini sağlamışdır.

Şübhəsiz ki, şanlı ordumuzun bir ay kimi qısa bir zaman dilimində çaldığı böyük zəfərlər erməni yanlısı qüvvələri və dövlətləri böyük təşvişə salmış olacaq ki, Azərbaycan xalqının nəhai qələbəyə doğru yürüyüşünün qarşısını almaq üçün, son günlərdə Azərbaycana qarşı basqı və təzyiqlərini artırmışlar.

Cənab Prezident!

Əminik ki, bütün bu təzyiq və hətta təhdidlər qarşısında  Sizin sərgilədiyiniz qərarlılıq və dik duruş nəhai qələbamizin rəmzi olacaqdır.

Hörmətli Ali baş Komandan!

Vətənimizin hər bir qarış torpağının hər bir Azərbaycanlı üçün müqəddəs olduğu kimi, qurtarılması uğrunda aparılan savaş da qutsaldır. Bu qutsal savaşda Sizin əmrinizdə, Sizinlə çiyin-çiyinə yer almaq Quzeyli-Güneyli hər bir Azərbaycan övladının borcu, eləcə də haqqıdır. Bu bilinclə , o taylı-bu taylı bütün Azərbaycanın ürəyinin Qarabağımız döyündüyü bu günlərdə biz-Güney Azərbaycandan olan bir qrup milli fəal Sizə müraciət edərək, qutsal vətən müharibəsində Güneyli soydaşlarınızın da yer almasına şərait yaratmağınızı xahiş edirik. Əmin olun ki, bu yolda əsla yalnız deyilsiniz.

Hörmətlə:

 

  Ad Soyad Doğum Yeri Yaşadığı Yer
1. Böyük Rəsulovənd Təbriz Norveç
2. Ahməd Omid Yazdani Təbriz Almaniya
3. Maşallah Rəmzi Təbriz Fransa
4. Babək Azad Urmiyə İsveç
5. Saleh Yildirim Kərgər Kanada
6. Mehemmed Reza Kheshti Təbriz USA
7. Rahim Shahbazi Təbriz USA
8. Eldar Qaradağlı Təbriz İsveç
9. Azər Farroukhi Təbriz İsveç
10. Əjder Teqizade Ərdəbil İsveç
11. Atilla Bozqurt Təbriz Türkiyə
12. Məmməd Azər Sayinqala İsveç
13. Səttar Sevgin Sayingala İsveç
14. Abdulla Amir Hashimi Cavanshir Təbriz İsveç
15. Seriye Ərdəbilli Ərdəbil İsveç
16. Cavad Derakhti Təbriz İsveç
17. Əhməd Obali Muğan İsveç
18. Cabbar Seyedzade- Səttaroğlu Qaradağ-Əhər İsveç
19. Saleh Kamrani Əhər İsveç
20. Yaşar Azər Zəncan Norveç
21 Hakan Türkelli Sərab Kanada
22. Oğuz Türk Marağa Kanada
23. Şarux Məzhəri Xalxal İngiltərə
24. Feridoun Pərviz Nia Təbriz Almaniya
25. Nurəddin Qərəvi Təbriz Almaniya
26. Işıq Sönməz Əhər Almaniya
27. Atabəy Najafpour Urmiyə Norveç
28. Əsəd Sadiq Təbriz İsveç
29. Çingiz Göytürk Sərab Finlandiya

 

28.10.2020-ci il