Qusarda 254 ədəd çətənə kolu məhv edildi – FOTO

    18

    Qusar rayonunda yabanı halda bitən çətənə kolları aşkarlanaraq məhv edilib.

    DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) Samur Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kufoba kənd ərazisində yabanı halda bitmiş hündürlüyü 130 santimetrə qədər olan 254 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

    Faktla bağlı Qusar RPŞ-də araşdırma aparılır.

    Qusarda 254 ədəd çətənə kolu aşkarlandı- FOTO