Qusara istirahətə gedən dövlət idarələrinin əməkdaşları cərimələndi – FOTOLAR

69

Karantin günlərində icazələri olmadan Qusar rayonuna istirahətə gələn şəxslərə qarşı reydlər davam etdirilir.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı Bakı şəhərindən, eləcə də, sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gedən şəxslər barəsində tədbirlər görülüb.

Belə ki, şöbə əməkdaşları tərəfindən həmin şəxslər aşkarlanaraq məsuliyyətə cəlb olunublar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.

Qayda pozan şəxslər arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək, ailəsi ilə birlikdə istirahətə gələnlər də olub.