“Qurban Məmmədovun saxlanılması barədə məlumatı mətbuatdan oxumuşam” – EHSAN ZAHİDOV

99

“Eyni zamanda, oğlu Qoşqar Məmmədov da saxlanılması barədə xəbəri artıq təkzib edib”

Azerifreedom” internet kanalının rəhbəri, İngiltərədə siyasi mühacir həyatı yaşayan tanınmış hüquqşünas Qurban Məmmədovun Türkiyədə saxlanılması barədə informasiyalar yayılıb. Xəbərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Hurriyyet.org-a açıqlamasında hadisənin ölkə xaricində baş verdiyi səbəbindən məlumatsız olduğunu bildirdi: “Azərbaycanda həbs olunsaydı araşdırardıq. Ölkə xaricində baş verdiyinə görə məlumatsızam. Qurban Məmmədovun saxlanılması barədə məlumatı mətbuatdan oxumuşam. Eyni zamanda, oğlu Qoşqar Məmmədov da saxlanılması barədə xəbəri artıq təkzib edib”.

YƏHYA