Qurban Məmmədovun evi partladıla bilər – RAMİZ MEHDİYEVİN DƏSTƏSİ TƏRƏFİNDƏN

786

Xəbər verdiyimiz kimi, İngiltərədə siyasi mühacir həyatı yaşayan tanınmış hüquqşünas Qurban Məmmədovun Nərimanov rayonu ərazisindəki 5 mərtəbəli obyekti boşaldılıb. Bundan sonra həmin obyektin sökülməsi ilə bağlı bir sıra KİV-də məlumatlar yayılıb.

Əldə olunan məlumatlardan aydın olur ki, Ramiz Mehdiyevin göstərişi ilə onun dəstəsi – Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Nurlan Əliyevin göstərişi ilə Qurban Məmmədovun evini hədəf götürməklə, mənzilin birinci və ikinci mərtəbəsini boşaltmağa başladılar. Dünən baş verənproses ərəfəsində ev sahibləri mətbuat vasitəsilə ölkə başçısına müraciət edib. Yalnız bundan sonra evin boşaldılması dayandırılıb. Amma, buna baxmayaraq, Mehdiyevin tərəfdarları ailəni evi boşaltmayacaqları təqdirdə mənzili sökməklə bağlı təhdid edir. İcra Hakimiyyətinin nümayəndələri ailəyə saat 12-yə qədər vaxt verib və əllərində məhkəmə qərarının olduğunu bildirib. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin açıqlamasından görünür ki, nə məhkəmə qərarı var, nə də hökümətin göstərişi var. Görünür ki, Qurban Məmmədovun evinin söküntüsü, hökümətlə bağlılığı olmayan şəxslərin marağına xidmət edən prosesdir.

Əldə etdiyimiz məlumata görə, artıq mənzil ev sahibləri tərəfindən boşaldılıb. Bununla bağlı məhkəməyə müraciət olunacağı gözlənilir.

Sökünütü dayansa daDTX əməkdaşları olduğu güman edilən mülki geyimli şəxslər evin dörd bir tərəfində gəzərək müşahidə aparır.

Digər tərəfdən, mərtəbələrin hamısının qaz sayğaclarının açılmasına baxmayaraq, yalnız mərtəbələrdən birində qaz sayğacı bərpa olunub.

Hurriyyet.org-a etibarlı mənbədən daxil olanməlumata görə, Qurban Məmmədovun evinin ölkə başçısının göstərişi ilə söküntüsü dayandırılsa da, hazırda təxribatçı qüvvələr tərəfindən evin partladılmasıyla bağlı iş gedir. Qurulmuş ssenariyə əsasən, ev partladıldıqdan sonra, bunu ev sahiblərinin səhlənkarlığı səbəbi kimi təqdim edəcəklər.

Görünür ki, Ramiz Mehdiyev və tərəfdarları son olan hadisələrlə kifayətlənmir. Onlar ölkə başçısının nüfuzuna xələl gətirən əməlləri törətməklə, həm prezidenti gözən salır, eyni zamanda özlərini “təmizə çıxarmağa çalışırlar.