“Yaxşı həkimin reklama ehtiyacı yoxdur” – DEPUTAT TELEKANALLARI TƏNQİD ETDİ

    6

    "Yaxşı həkimin reklama ehtiyacı yoxdur. Televiziyanı açan kimi görürsən reklam edirlər, İrandan, Türkiyədən-filan həkim gəlib, 5 günlük xəstələri qəbul edəcək, tez gəlin. Öz məşhur həkimlərimiz kənarda qalır. Televiziyalarda hətta ara həkimlər də reklam edilir”.

    Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Aqil Abbas deyib. Deputat bildirib ki, ölkəmizdə savadlı həkimlərin sayı kifayət qədərdir.

    “Onlardan ikisi bu Milli Məclisdə təmsil olunur. Onların reklamına ehtiyac yoxdur. Lakin bu gün efirdə İrandan 5 günlük ölkəmizə gələn həkim reklam edilir. Telekanalların bunu gəlir əldə etmək məqsədilə etdiyi hər kəsə məlumdur. Dediklərimiz burda qalmamalıdır. Bu gün biz burada danışırıq, axşam evdə ara həkimi reklam ediləcək. Nə qədər ara həkimləri efirdə reklam edilməlidir. Özümüz özümüzə hirslənməklə heç bir nəticə olmayacaq”.

    Deputat xatırladıb ki, bir zamanlar televiziyada bir qadın ara həkimi reklam edilirdi: “Özü də hər dəfə 3 kiloqramlıq balonla efirə çıxırdı. Özü də dərmana “darman”deyirdi”.

    Deputat qeyd edib ki, müzakirələr aparılır, etiraz edilir, amma nəticə olmur. “Axşam televizyada yenə də ara həkimlər reklam olunacaq, yenə “darman” reklam olunacaq Telekanallarda bu gün əsasən həkimlərin, dərmanların və klinikaların, bir də son zamanlar mərasim evlərinin reklamı aparılır. Bu cür reklamların qarşısı alınmalıdır. Milli Məclisdə deyilənlər həyata keçirilməlidir. Onlara dövlət tərəfindən ciddi təpki göstərilməlidir”.