“Xəzərin Aralın taleyini yaşamaması üçün işlər görülməlidir” – AMEA

    9

    "Planetin temperaturunun istiləşməsi gələcəyin ən böyük problemidir".

    Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. O bildirib ki, qlobal istiləşmənin təsiri özünü daha çox daxili sularda göstərir: "Daxili sulara ən bariz nümunə Xəzər dənizidir. Xəzər dənizinin Aralın taleyini yaşamaması üçün müəyyən işlər görülməlidir. Xəzər dənizinin biomüxtəlifliyi, ətraf mühiti, fiziki şəraiti mühafizə olunmalıdır".