“VƏLİƏHD ŞAHZADƏ NƏZARƏTDƏN ÇIXIB”

    15

    Hurriyyet.org xəbər verir ki, ABŞ-ın nüfuzlu “Vaşinqton Post” qəzetindəki məqalədə yazılıb: “Səudiyyə Ərəbisanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana qarşı sanksiya tətbiq edilməsə və o, nəzarət altına alınmasa, ABŞ-ın Yaxın Şərqdəki mənfəətinə zərər verməyə davam edəcək. Bu səbəbdən Konqres hərəkətə keçməlidir”.

    Məqalədə “Wall Street Journal”’ nəşrinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin gizli mənbəsinə istinad edilərək, bin Salman əleyhinə yeni dəlillərin tapıldığı yazılıb. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın oktyabrın 2-də Kaşıkçının ölümündən əvvəlki və sonrakı saatlarda cinayəti törədən qrupa nəzarət elədiyi bildirilən müşaviri Səud Əl-Kahtaniyə ən azı 11 mesaj göndərdiyi və bu mesajlar arasında “hökmən ölüm əmrini” vermiş ola biləcəyi iddia edilir.

    ABŞ prezidenti Donald Tramp və ətrafının vəliəhd şahzadə Məhəmməd bin Salmanın Kaşıkçı cinayətində müqəssir olduğuna dair “tutarlı dəlil” olmadığını söylədiklərinə işarə vurulan məqalədə deyilir: “Bəli, ortada “tutarlı dəlil” olmaya bilər, lakin hər hansı bir məntiqli qiymətləndirmə vəliəhd şahzadənin bu işin müqəssiri olduğunu ortaya çıxarır. Tramp hakimiyyətinin bu nəticəni rədd eləməsi, Səudiyyə Ərəbistanına qarşı siyasətin inkara əsaslandığı nəticəsini aşkara çıxarır”.

    Məqalədə Kaşıkçının qətli ilə əlaqədar müstəqil beynəlxalq istintaqın aparılmasının zəruri olduğu vurğulanır.

    Konqres üzvlərinn də MKİ direktoru Cina Haspelin əlindəki dəlil və cavablar məsələsində lazımi komitələrə məlumat verməsi üçün israr eləməli olduqları qeyd edilib.

    “Konqres hərəkətə keçməlidir”

    Ötən həftə ABŞ Senatı Yəmən müharibəsində Səudiyyə Ərəbistanına verilən dəstəyin dayandırılmasını nəzərdə tutulan qanun layihəsini səs çoxluğu ilə qəbul eləmişdi. Qəzet bunun müsbət addım olduğunu, lakin Konqres üzvlərinin daha geniş miqyaslı bir qanunu dəstəkləməli olduqlarını bildirib: “Səudiyyə Ərəbistanına bütün hərbi satışları dayandırmaq lazımdır”.

    Hurriyyet.org