“UÇURUMUN KƏNARINDAYIQ” – ABŞ-ın SONU GƏLİR!

    3

    Hurriyyet.org xəbər verir ki, İranla imzalanmış nüvə müqaviləsinin memarı Riçard Nefyü deyib: “Trampın İranla imzalanmış nüvə müqaviləsindən imtina eləməsi ilə ABŞ-ın etibarlılığı böyük zərərə uğradı. Müqaviləni pozan ölkə olaraq özümüzə qarşı inamı itirdik”.

    “Etibarımız qalmadı”

    Bundan sonra baş verə biləcək hadisələr barəsində danışan Nerfyü deyib: “Birincisi, iranlılar nüvə proqramlarına yenidən başlaya bilərlər. 2-3 ay kimi müddət ərzində asanlıqla silah hazırlaya bilərlər. Çünki artıq, müqaviləni pozan bir ölkə kimi tanınacağıq. Məncə, İranla daha pis vəziyyətə doğru irəliləyirik, artıq müttəfiqlərimiz də bizi dəstəkləmir. Etibarımız da azaldı, böyük zərərə uğradı. Məsələ, müqavilə imzalamadığımız deyil, imzaladığımız müqaviləni siyasi proseslərə qurban verməyimizdədir. Başqa ölkələrdə də bənzər problemlər var, amma bizim siyasi sistemimiz çoxqütblüdür. Bu prizmadan yanaşsaq, bütün bu baş verənlər müqabilələrin davamlılığı fikrinə zərər vurur. “Bu iqtidar bizimlə müqavilə bağlayır, başqa iqtidar gəlsə nə deyər?” deyə düşünəcəklər.

    “İran məsələsində uçurmun kənarındayıq”

    İran məsələsində güc balansı ultra mühafizəkarların lehinə dəyişir. Onların İranın xarici siyasətində daha çox söz sahibi olduqlarını düşünün, bunun Yaxın Şərq və ABŞ üçün mühüm nəticələri olacaqdır. Bu da olmaq üzrədir. Məncə, hazırda uçurumun kənarındayıq. Ruhani və Zərif deyirlər: “Əlbəttə, ABŞ ilə razılaşa bilmədik, amma Avropa İttifaqı, Yaponiya, Çin, Rusiya kimi ölkələrlə münasibətlərimiz hələ də davam edir”. Əgər bu böhrandan çıxa bilsək “Afərin” deyərəm. Əgər olmazsa, bəhs elədiyim bütün pis ssenariləri düşünə bilərik”.

    Hurriyyet.org