“Türkiyə xalqı ABŞ-ı İncirlik aviabazasında görmək istəmir” – ÇAVUŞOĞLU

    6

    Türkiyə xalqı ABŞ-ın İncirlik aviabazasında mövcudluğunu istəmir.

    Hurriyyet.org xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

    M.Çavuşoğlunun sözlərinə görə, buna səbəb Vaşinqtonun Ankara ilə münasibətdə həyata keçirdiyi qeyri-səmimi siyasətdir.

    Nazir qeyd edib ki, ABŞ Türkiyə kimi müttəfiqi itirməməlidir.

    M.Çavuşoğlu ABŞ-ın səhv addımlardan geri dönəcəyinə ümid etdiyini deyib:

    “Amma əgər ümidlərimiz doğrulmasa, Türkiyə öz gücünü göstərə bilər”./trend/