“Türk məhsulları Rusiyaya Ermənistan üzərindən gətirilirdi” – Rusiyanın nazir müavinindən ŞOK ETİRAF

    9

    "Türkiyə tərəvəzlərinə Rusiyanın ticarət şəbəkələrində tələbat var, lakin artıq rusiyalılarda ajiotaja səbəb olmur".

    “RİA Novosti” xəbər verir ki, bunu Rusiyanın kənd təsərrüfatı nazirinin birinci müavini Cambulat Xatuov deyib.
    O bildirib: “Biz dəfələrlə demişik ki, Türkiyə ilə sanksiya rejimində olanda türk məhsulları Ermənistan və Belarus üzərindən müəyyən sxemlər üzrə Rusiya bazarına gətirilirdi. Biz bunu faktiki olaraq bilirik”.

    Image result for Хатуов Джамбулат
    Nazir müavini qeyd edib ki, Türkiyə Rusiyaya pomidorların tədarük üzrə həcmi hələ seçməyib.
    Xatırladaq ki, Rusiya 2016-cı il yanvarın 1-dən Türkiyədən gətirilən bir sıra məhsulların tədarükünə embarqo qoymuşdu. (Yeniavaz.com)