“TÜRKİYƏNİ İTİRƏ BİLMƏRİK” – TRAMP

    6

    Hurriyyet.org xəbər verir ki, mətbuata sızan məlumatlara görə, Ağ Evdə Respublikaçılar partiyasının 45 nəfər üzvü, o cümlədən Lindsi Qraham, Ted Kruz, Bob Menendez və Rik Skott kimi vəzifəli pariya üzvləri ilə birlikdə 1 saat 10 dəqiqə davam edən görüş keçirən ABŞ prezidenti Donald Tramp Rusiyadan S-400 sistemləri aldığı üçün Türkiyəyə qarşı tətbiq edilməsi nəzərdə tutulan sanksiyalara qarşı olduğunu bildirib. Türkiyə əleyhinə qızğın çıxışlar edən, ağır sanksiyalar tələb edən, NATO-nun təhlükəsizliyinin təhdid altına salındığını söyləyən senatorlarla həmrəy olmadığını bildirən Donald Tramp deyib: “Müttəfiq olaraq Türkiyəyə ehtiyacımız var, Ərdoğanla müzakirələr aparmalıyıq”.

    Söhbəti dəyişdirib

    Mətbuata məlumat verən senatorlar iclasın mövzusunun Türkiyəyə qarşı sanksiyalar olmasına rəğmən, Trampın bunun əvəzinə sağlamlıq sığortası, köç və büdcə məsələrindən danışmağa başladığını söyləyiblər. Trampa yaxın şəxslərdən olan senator Devid Perdyu deyib: “Prezident məsələyə daha geniş yanaşılmasını istəyib. Müttəfiqliyi inkişaf etdirməyə çalışırıq”. Perdyu sanksiyaların əvəzinə sərbəst ticarət razılaşmalarının müzakirə edilə biləcəyini bilrdirib, ABŞ ilə iqtisadi əlaqələrin Türkiyə üçün mühüm olduğunu diqqətə çatdırıb.

    Hurriyyet.org