“TÜRKİYƏ, İRAN VƏ İRAQ…” – BORDO BƏRƏLİLƏR ORADADIR!

    30

    Hurriyyet.org xəbər verir ki, Türkiyə əsgərinin Qəndildəki terror yuvalarına doğru irəliləyişi davam edir. Xüsusi təyinatlı qüvvələrin daxilindəki bordo bərəlilər Türkiyə-İran-İraq üçbucağındakı strateji Zaqros dağlarında yerləşiblər.

    Makedoniyalı İsgəndərin “Ordumun yarısını orada itirdim” dediyi bölgədə daimi bazalar quran xüsusi qüvvələr yüksək mövqeli təpələrdən bölgəyə nəzarət edirlər.

    Qəndildəki terrorçuların təmizlənməsi üçün martın 10-da Çukurca, Şemdinli, Yüksekova və Esendere çöllərindən İraq torpaqlarına daxil olduqdan sonra 40 km içəri daxil olan türk hərbçiləri Qəndilə doğru irəliləməkdədir.

    Hurriyyet.org