“Trabzonspor”un baş məşqçisi istefa verdi

    6

    Türkiyənin "Trabzonspor" futbol komandasının baş məşqçisi Rza Çalımbay istefa verib.

    Hurriyyet.org xəbər verir ki, 55 yaşlı mütəxəssis mətbuat konfransında komanda ilə yollarının qarşılıqlı razılaşma əsasında ayrıldığını söyləyib. O, Türkiyə Superliqasının XXXIV turunda "Karabükspor"la oyunda son dəfə "Trabzonspor"un baş məşqçisi kimi oyuna çıxacağını deyib.

    Qeyd edək ki, Rza Çalımbay mövsümün əvvəlindən "Trabzonspor"a rəhbərlik edir.