“TEL-ƏVİV İLƏ HAYFANI YOX EDƏRİK” – İRANDAN TƏHDİD

    18

    Hurriyyet.org xəbər verir ki, İranın dini liderlərindən olan Ayətullah Əhməd Hatəmi cümə xütbəsində Qərb ölkələrini yaylım atəşinə tutub, İsrailin hücum eləyəcəyi təqdirdə Tel-Əviv və Hayfa şəhərlərinin yox ediləcəyini bildirib.

    Məlumatı İran dövlət televiziyası verib. İranın nüvə razılaşmasını imzalayan Avropa ölkələrinə bel bağlamamalı olduğunu bildirən Hatəmi deyib: “ABŞ çox şey edə bilməz. Onlar daim İran rejiminin süquta uğramasına çalışırlar. Avropalı imzaçılara da güvənə bilmərik. İranın düşmənlərinə etibar edə bilmərik”.

    Hurriyyet.org